VƏtəndaş Rauf Alagezov gömrük keçid məntəqəsində qarşılaşdığı problemlə bağlı məsələni ictimailəşdirib.
Hokm.az müraciəti təqdim edir:
AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK MƏCƏLLƏSin 258-ci maddəsinin müvafiq bəndlərinə əsasən aşağıdakı hallarda xarici ölkə vətəndaşları Azərbaycana 90 gündən artıq müddətinə avtomobillərini gətirə bilərlər.
Lakin Sərhəddkeçmə məntəqələrində təkcə 258.1.4 bəndi icra olunur, digər maddələr sadəcə qanun olaraq qalır, icra olunmur. Məsələn, 258.1.1 bəndinə uyğun olaraq Azərbaycandakı evini GİROV qoyaraq maşını Azərbaycana gətirə bilmərik. Əgər belə bir şey varsa, o zaman Azərbaycan Respublikasının Gömrek Məcəlləsinin 258-ci maddəsinin müvafiq bəndləri niyə qəbul olunub? Dövlət Gömrük Komitəsi bu məsləyə açıqlama versə, sevinərəm 258-ci maddə aşağıdakı kimidir Maddə 258. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları 258.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur: 258.1.1. girov; 258.1.2. veksel zaminliyi (aval); 258.1.3. bank qarantiyası; 258.1.4. ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi; 258.1.5. sığorta müqavilələri; 258.1.6. üçüncü şəxsin zaminliyi; 258.1.7. avans ödəmələr. 258.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatların hər birindən istifadə etmək hüququna malikdir. 258.3. Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
















