Goranboyda yol qəzası – ölən varbackend

Goranboyda yol qəzası – ölən var

Goranboyda ölümlə nəticələnən yol qəzası olub,

Hokm.az  bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində “ВАЗ” markalı minik avtomobili və “Беларус” markalı traktor toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

  •  (0)
  •  (0)