Goranboyda xəstəxananın qarşısında iki maşın toqquşub: Xəsarət alanlar varbackend

Goranboyda xəstəxananın qarşısında iki maşın toqquşub: Xəsarət alanlar var

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Rayon Mərkəzi Xəstəxanasının önündən keçən yolda qeydə alınıb.

“Oka” markalı avtomobil VAZ-2199 markalı maşınla toqquşub. Qəza nəticəsində “Oka”nın sürücüsü yüngül xəsarət alıb. VAZ-2199-da olan, müxtəlif bədən xəsarətləri alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)