Goranboyda qəzada 4 nəfər xəsarət aldıbackend

Goranboyda qəzada 4 nəfər xəsarət aldı

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hokm.az xəbər verir ki, hadisə Səfikürd kəndində qeydə alınıb.

“VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü L.Əliyev, 2006-cı il təvəllüdlü N.Məhhərəmov, 2002-ci il təvəllüdlü R.Kərimov və 1986-cı il təvəllüdlü K.Əsədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb (report.az).

  •  (0)
  •  (0)