Goranboyda maşın evə çırpıldı – Yaralananlar varbackend

Goranboyda maşın evə çırpıldı – Yaralananlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə rayonun Şəfəq kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarə etməni itirib. Nəticədə maşın yol kənarındakı evə çırpılıb.

Qəza zamanı 1992-ci il təvəllüdlü Süleymanov Laçın Adil oğlu və 1997-ci il təvəllüdlü Quliyev Bəxtiyar Cəmşid oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır apa

  •  (0)
  •  (0)