Goranboyda baytarlıq aptekində vaxtı keçmiş preparatlar aşkarlandı – FOTObackend

Goranboyda baytarlıq aptekində vaxtı keçmiş preparatlar aşkarlandı – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Vəliyev Elnur İzzət oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.

AQTA-dan Hokm.az-a verilən məlumata görə, yoxlama zamanı aptekdə satışı həyata keçirilən istifadə müddəti bitmiş vaksinlər və baytarlıq preparatları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, son istifadə tarixi bitmiş vaksinlər və baytarlıq preparatları satışdan kənarlaşdırılıb.

  •  (0)
  •  (0)