Goranboy rayon icra hakimiyyətindən Qarabağ qazisinə hörmətsizlik-VİDEObackend

Goranboy rayon icra hakimiyyətindən Qarabağ qazisinə hörmətsizlik-VİDEO

Vətən savaşında iştirak etmək üçün könüllü döyüşə yollanan,evin tək övladı Goranboy rayon Nərimanlı kənd sakini Ələkbərov Amil video müraciət edərək bildirib ki,o vətən savaşında bir çox bölgələrdə, Hadrut, İlanlıdağ,Qırmızı bazar, Üçtəpə uğrunda döyüşlərdə iştirak edib,yaralanıb.

Ailəsinin maddi durumu çətin olduğu üçün rayon icra hakimiyyətinin birinci müavini Ceyhun Həsənovla əlaqə saxlayıb ailəsinə rayon rəhbərliyi səviyyəsində yardım göstərilməsini xahiş edib.

Rayon rəhbərliyi vətən savaşının iştirakçısı,qazi Ələkbərov Amilin ailəsi ilə maraqlanıb ailəyə əlli manat yardım edib.

Goranboy rayon rəhbərliyi Məhərrəm Quliyevə video müraciət edən əsgər əlli manatla ailə saxlamaq olarmı sualını ünvanlayıb.Hər halda yəqin Məhərrəm müəllim bir neçə vaxta bu suala cavab verər.Biz isə icra başçısı Məhərrəm Quliyevin diqqətinə başqa nüansları çatdırmaq istəyirik:

Hörmətli Məhərrəm müəllim,özünüz də gözəl bilirsiniz ki, icra başçısı olduğunuz Goranboy rayonu həmişə öz ziyalıları, şair-yazıçıları,elm və incəsənət xadimləri ilə tanınıb. Həmin ziyalılar günü bu gün də doğulduqları rayonla yanaşı bütün Azərbaycan adına sanballı töhfələr verməkdədirlər. Amma siz bu addımınızla qələbə əzmli xalqın qalib oğlunun ailəsini 50 manatla aşağıladınız. Bu döyüşdə ola bilsin nə oğlunuzu, nə yaxın qohumunuzu itirmədiniz, itirənlərə də təəssüf olsun ki 50 manatla qiymət qoydunuz.

Qarabağ uğrunda canını, sağlamlığını güllənin qabağına verən bir qaziyə sizin qiymətiniz 50 manatdırsa sizin o vəzifədə qalmağa mənəvi haqqınız yoxdur. Ən azı yardım etməyə gücünüz yetmirdisə əaidiyyatı qurumlara müraciət edə bilərdiniz.

Niyə bu qələbənin mahiyyətini 50 manata ucuzlaşdırırdınız?

Çox təəssüf olsun ki, məmurlar, icra başçıları külli miqdarda rüşvət alırlar. Bu, rüşvət üstündə həbs edilən bir sıra başçıların əməlləri artıq xalqa sübut olunub. Ancaq müharibə qazisinə çatanda dilənçi pulu vermək qələbə qazanan xalqın adına yaraşmır.

Ölkə başçısının tapşırıqlarına məhəl qoymayan, yenə də xalqı aşağılayan, bax belə əməllərlə məşğul olan məmurlar haqda ciddi tədbirlərə yenə görünür ki, ehtiyac böyükdür.analoq.az

  •  (1)
  •  (0)