“Google Maps” bu məlumatları yığışdırır – “Bakı sakinlərinin işi çətinləşəcək”backend

“Google Maps” bu məlumatları yığışdırır – “Bakı sakinlərinin işi çətinləşəcək”

“Google Maps” xəritəsindən Bakının ictimi nəqliyyat marşrutlarına dair məlumatlandırma sisteminin yaxın günlərdə yığışdırılacağı ilə bağlı xəbər çox məyusedicidir”. 

Hokm.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, “Transit for Baku” ətrafında toplaşan fəlların yaratdığı bu məlumat sistemi çox önəmlidir:

“Əslində dövlət qurumlarının görməli olduğu işdir. Belə elektron məlumatın olmaması ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərinin və qonaqların işini xeyli çətinləşdirəcək. BNA və başqa bütün təşkilatlar nəinki, bu işi dəstəkləməli, hətta onun təkmilləşməsi üçün hər şeyi etməlidir”.

Ekspert əlavə edib ki, Bakıdakı bütün nəqliyyat problemlərinin həlli ictimai nəqliyyatın inkişafından, əlçatanlığından keçir.sfera.az

  •  (0)
  •  (1)