“Google”dan YENİLİK – Zəlzələ xəbərdarlığı şəbəkəsi yaradılırbackend

“Google”dan YENİLİK – Zəlzələ xəbərdarlığı şəbəkəsi yaradılır

ABŞ-ın “Google” şirkəti “Android” smartfonların köməyi ilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmağı planlaşdırır.

Bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: “Bu gündən etibarən sizin “Android” yaşadığınız yerdən asılı olmayaraq zəlzələ haqqında xəbərdarlıq sisteminin bir hissəsi ola bilər. Bu, o deməkdir ki, sizin telefonunuz mini-seysmometr ola bilər və dünyanın ən böyük zəlzələlərin müəyyən edilməsi üçün sistemin yaradılması məqsədilə milyonlarla digər “Android” telefonlarına qoşula bilər”.

Qeyd edilir ki, hər smartfon kiçik akselerometrlə təchiz edildiyinə görə o, yaxınlıqda zəlzələnin baş verdiyini göstərən siqnalları qeyd edə bilir. Zəlzələnin həqiqətən müəyyən bir yerdə olub-olmadığını müəyyən etmək üçün siqnallar fərqli smartfonlardan məlumatları toplayan və emal edən xüsusi bir serverə göndəriləcək.

Məlumatda vurğulanır ki, ilkin mərhələdə yaxınlıqdakı zəlzələ haqqında məlumatı “Google” axtarış sisteminə sorğu verərək öyrənmək olar. Lakin daha sonra şirkət ABŞ və digər ölkələrin sakinlərinə zəlzələ haqqında bildiriş göndərməyi planlaşdırır.

  •  (1)
  •  (0)