Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-texniki təchizat idarəsinin yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üzrə elan etdiyi açıq tenderin nəticəsi açıqlanıb.
Hokm.az “Report”-a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, Tender Komissiyasının qərarı ilə qalib “Gilan Tekstil Park” MMC elan olunub. “Gilan Holdinq” MMC-yə daxil olan bu şirkətlə iyulun 2-də müvafiq satınalma müqaviləsi imzalanıb.
















