“Gilan”a məxsus obyektdə qanunsuzluqıar AŞKARLANDIbackend

“Gilan”a məxsus obyektdə qanunsuzluqıar AŞKARLANDI

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 20-də keçirdiyi monitorinqlər zamanı Sumqayıt şəhərində “Forte fashion”, “Tahiroğlu mebel”, “Gilan-Knauf inşaat materialları” mağazalarında, “Bərəkət market”də, “Mini market”də, “Natiq gözəllik salonu”nda, ümumilikdə, 18 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Hokm.az-a Nazirlikdən məlumat verilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

  •  (0)
  •  (0)