Generalın oğlu həbs olundu – Ermənistandabackend

Generalın oğlu həbs olundu - Ermənistanda

KTMT-nin keçmiş Baş katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov həbs olunub.

Hokm.az xəbər verir ki, İqor Xaçaturov polis əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham edilərək həbs edilib.

Bildirilir ki, İ. Xaçaturov mayın 17-si Ermənistan müxalifətinin təşkil etdiyi etiraz aksiyası zamanı polisin tələblərinə riayət etmədiyi üçün saxlanılıb. İstintaq zamanı məlum olub ki, Xaçaturov insident zamanı narkotik maddənin təsiri altında olub.

Onun nə qədər müddətə həbs olunduğu barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, İqor Xaçaturov 2020-ci ilin dekabrında Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün keçirilən aksiya zamanı da saxlanılmışdı.

Bununla yanaşı, Y. Xaçaturovun digər oğlu, Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov 2021-ci ildə Paşinyanın istefasını tələb etdiyinə görə vəzifəsindən azad edilib. (veteninfo)

  •  (0)
  •  (0)