General ermənilərin ən çox itkini hansı istiqamətdə verdiyini açıqladıbackend

General ermənilərin ən çox itkini hansı istiqamətdə verdiyini açıqladı

“Düşmən fikirləşirdi ki, Aprel döyüşlərində itirdikləri torpaqları geri alacaqlar. Ancaq onlar elə ən çox itkiləri də orada verdilər. Belə bir müharibə dünya tarixində görülməyib. Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazıb”. Bunu Müdafiə Nazirliyinin Kadrlar baş idarəsinin rəisi general-mayor Bəkir Orucov deyib.
“Bizim təqvimizdə artıq Zəfər Günü var. Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi”.
Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən 44 günlük müharibədə 3781 ölü, 253 nəfər itkin düşüb.
  •  (1)
  •  (0)