“General Əli Nağıyev hər zaman dövlətə, xalqa, vətənə sədaqətlə xidmət edib” – TƏBRİK!backend

“General Əli Nağıyev hər zaman dövlətə, xalqa, vətənə sədaqətlə xidmət edib” – TƏBRİK!

Cəlil Xəlilov: “Məhz onun səyi nəticəsində DTX dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanları arasında öz layiqli yerini tutub”

Məlum olduğu kimi, dünən prezident İlham Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevi general-polkovnik ali hərbi rütbəsi ilə təltif edib.

Moderator.az-a açıqlamasında DTX rəisini təbrik edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, general Əli Nağıyevi təbrik edib, onun uğurlu fəaliyyətinə diqqət çəkib:

“Hörmətli Əli müəllim.

Sizi general-polkovnik rütbəsinə layiq görülməyiniz münasibəti ilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının dövlət və milli təhlükəsizliyinin daha etibarlı təminatı sahəsindəki səmərəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Siz Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında müxtəlif yüksək vəzifələrdə çoxillik fəaliyyətiniz dövründə daim Vətənə, dövlətə, xalqa sədaqətlə və peşəkarlıqla xidmət etmisiniz. Məhz bu uğurlarınız və təhlükəsizlik orqanlarının inkişafında xidmətləriniz nəzərə alınaraq, Vətən üçün taleyüklü bir dövrdə Siz Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunmusunuz.

Bu mühüm vəzifədə işlədiyiniz ilyarımlıq müddətdə Siz Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin Heydər Əliyev peşəkarlıq məktəbi ənənələrinə uyğun qurulmasına, bu orqanların inkişafında sözün tam mənasında yeni bir mərhələnin başladılmasına nail olmusunuz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin sonlarından ölkənin bütün dövlət orqanlarında başlatdığı hərtərəfli islahatların təhlükəsizlik orqanlarında geniş tətbiqi istiqamətində Sizin yorulmaz və səmərəli fəaliyyətiniz xüsusi qeyd edilməlidir. Məhz bu səylərinizin nəticəsində Azərbaycan təhlükəsizlik orqanları bu gün dünyanın ən inkişaf etmiş xüsusi xidmətləri arasında öz layiqli yerini tutmuşdur.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından qurtarması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması sahəsində təhlükəsizlik orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və yüksək səviyyədə gəlməsi Sizin yalnız peşəkarlıq deyil, həmçinin rəhbərlik və təşkilatçılıq fəaliyyətinizin yeni nümunəsi sayıla bilər.

Əziz, Əli müəllim Sizi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək hərbi rütbəyə layiq görülməyiniz münasibəti ilə bir daha ürəkdən təbrik edir, Azərbaycanın etibarlı və təhlükəsiz gələcəyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

  •  (0)
  •  (0)