“Gənclik” parkında həyəcanlı anlar – Qadın uşaqlar üçün olan attraksionda qaldı – VİDEObackend

“Gənclik” parkında həyəcanlı anlar – Qadın uşaqlar üçün olan attraksionda qaldı – VİDEO

Xətai rayonunda yeni istifadəyə verilən “Gənclik” parkında axşam saatlarında həyəcanlı anlar yaşanıb. 

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, parkda uşaqlar üçün quraşdırılmış sürüşkən attraksionun borusunda ağırçəkili qadın ilişib qalıb. 10 yaşınadək uşaqlar üçün nəzərdə tutulan attraksiona çıxan qadın övladından sonra özü də sürüşüb. Lakin həmin şəxs borudan çıxa bilməyib.

Parkın əməkdaşları dərhal əraziyə gəlib. Qadını oradan ancaq xüsusi maddə və iplə çəkib çıxarmaq mümkün olub.

Parkın nəzarətçisi Mahir Abdurahmanov “Qafqazinfo”ya hadisə anından danışıb. O,  xanımın maraq üçün belə addım atdığını qeyd edib:

“Biz iş başında idik. Bildirildi ki, orta yaşlı bir xanım uşaqlar üçün nəzərdə tutulan sürüşkəndə ilişib qalıb.  Hadisə yerinə gəldik, dərhal müdaxilə etdik. Bir az dolu xanım idi. Kömək etdik. Ona sual verdik ki, necə oldu ki, sürüşdüz? Çünki bura uşaqlar üçün nəzərdə tutulub. Gülərək cavab verdi ki, uşağın ardınca  sürüşdüm ki, görüm necədir? Atrraksionun açılan yerləri var. Onları çıxardıq, daha sonra parkda olan xanımlar da bizə yardım etdi, ayaqlarından çəkib çıxardıq”.

Park nəzarətçisi vətəndaşlara müraciət edərək attraksionlardan düzgün istifadə etmələrini xahiş edib: “Üstündə emblemi var, bilinir ki, attraksion əlillər üçün nəzərdə tutulub. Böyüklər üçün nəzərdə tutulana uşaqlar, uşaqlar üçün nəzərdə tutulana böyüklər minir. Xahiş edirik ki, bir az gözüaçıq olsunlar, dərinliklə fikir versinlər. Köməklik göstərsinlər, sındırmasınlar. Əlillər üçün nəzərdə tutulan idman alətlərindən ancaq əlillər istifadə etməlidir. Uşaq və böyüklərin istifadəsi düzgün deyil. Parkın nəzarətçiləri onlara yaxınlaşır, başa salırlar ki, əlillər üçün nəzərdə tutulub. Çağırışımız odur ki, bu gözəl parkı xalqımız üçün yaratmışıq. Havası gözəldir, gəzmək üçün istifadə etsinlər. İstifadə etdikləri əşyaları yerə atıb gedirlər.  Bir millət kimi öz mədəniyyətimizi göstərsək, daha yaxşı olar”.

  •  (0)
  •  (1)