Bu gün ölkəmizdə cəmiyyətin inkişafı üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə və onun idarəçiliyi əsasında ardıcıl, mütərəqqi islahatlar gedir. İslahatların əsas tərkib hissəsi korrupsiyaya qarşı mübarizədir. Bundan əlavə cənab Prezident eyni zamanda məmur özbaşnalığına və bəzi bürokrat məmurların insanlara qarşı etdiyi haqsız, qanundan kənar təziqlərinə qarşı sərt reaksiyalar verərək bəzi məmurları cəzalandırır. Ancaq ölkədə müsbət islahahat prosesindən, bəzi şəxslərin cəzalanması ilə nəticlənən qanun pozuntularının yekununda bir çoxları dərs ala bilmir. Bu insanlar şəxsən cənab Prezidentin və cəmiyyətin ən həsas nöktəsi olan gənlər siyasəti üzərində haqsız hökümranlığlarını quraraq buradan qanunsuz gəlirlər əldə edirlər. Sanki cənab Prezident İlham Əliyevin apardığı islahatların və onun çağrışlarının bu şəxslərə heç bir dəxli yoxdu. Cənab Prezident hər zaman çıxışlarında deyib ki, heç kəs hər hansısa xidmətinə və ya tutduğu vəzifəyə görə toxunulmaz deyil.
Azərbaycanda pençak-silat döyüş növü üzrə məşqçilik edən Abdullazadə Abudulla Nəzər Media.az İnformasiya portalına müraicət edərək baş vermiş özbaşnalıq, ona qarşı edilən təziq, zorkılıq və qanunlarımızın çərçivəsinə sığmayan hədə qorxu barəsində danışdı.
Hokm.az bildirir ki, Abdullazadə Nəzər açıqlamasında qeyd edib ki, mən Binəqədi Rayonu Sulutəpə qəsəbəsi ərazisində müəllimlik edirəm. 2019-cu ilin iyul ayında Gənclər və İdman nazirliyinda pençak-silat idman növü üzrə kurator Oruc müəllim Məmmədli və Vəfa xanım məni federasiyaya çağırdılar. O mənə dedi ki, sən bura pul ödəməlisən klubun üçün. Dedim ki, çox gözəl ödəyərəm. Birdə hansı tələbələrin varsa onlara görə pul köçürməlisən. Mən dedim ki, çox gözəl. Mən sizə bu pulu verirəm və siz nə vaxta mənə sənədlərimi verərsiz ? Mənə dedilər ki, bir aya. Mən də altı uşaq üçün bunlara altımış manat pul verdim. Uşaqların şəxsiyyət vəsiqlərinin surətini və lazımı sənədləri təqdim etdim. Özümün şəxsiyyət vəsiqəni bunlara təqdim etdim və 150 manatda pul ödədim. Yəni ümumilikdə mən bunlara 210 manat pul ödədim. Bunlarla müqavilə bağlandı ki, bunlar bir ay ərzində bu sənədləri mənə təqdim etməli idi. Ancaq artıq 9 ay keçib bunlar mənə heç bir sənəd təqdim etməyiblər. Onlar mənə uşaqların sənədini, möhür və klubumun əsasnaməsini verməli idi. Həmin sənədləri əldə etdikdən sonra onları Binəqədi Rayon Gənclər və İdman İdarəsində təsdiqləməliydim. Onlar yanvarın 27-də mənə bir sənəd verdilər və mənə qarşı təziq etməyə başladılar. Mənə dedilər ki, biz sənin məşqçin Abbas Hümbətovu federasiyadan qovmuşuq, sən də çox yuxarıdan gedirsən. Bu təziqləri Oruc müəllimdə, Vəfa xanımda edirdi. Mən etiraz etdim. Dedim ki, siz kimsiz Abbas müəllimi qovasız. Abbas Hünbətov mənim müəllimim olub və təmənnasız məni hazırlaşdırıb. Məndə özümə görə titullar qazanmışam . Keçən il Nidarlanda keçirilən Avropa çempionatında gümüş medalı qazanmışam. Dedilər ki, zəng elə Məqamiyə o sənə başa salacacaq. Mən də bilirdim ki, Məqami Bayramov ilə müəllimin arasında problem var. Nəisə zəng elədim Məqamiyə dedim ki, nə məslədir. O dedi ki, sən mənim haqqımda nə demisən müəllimlərə. Mən dedim ki, ay Məqami sən nə danışırsan?
“Metronun 20 Yanvar stansiyasının yaxınlığında bir kafedə Məqami ilə görüşdüm. Məqami ilə bir yerdə bir polis əməkdaşı gəlmişdi. Daha doğrusu özünü polis əməkdaşı kimi təqdim etdi. Adı Əliyev Emil idi. İlk öncə mənimlə çox mehriban danışdılar. Dedilər ki, sən bizimlə işləməlisən. Abbas müəllim saxtakardı. Mən də təbii ki, müəllimimi onların ayağına vermədim. Mən müəllimin tərəfini tutdum. Sonra dedilər ki, sən bizimlə işləmək istəmirsən? Mən də dedim ki, ay kişi mənə nömrə veriblər. Məndə gəlmişəm öyrənim ki, sizin qarnınızın ağrısı nədir. Onlar da mənə dedilər ki, sən Abbas müəllimlə işləmə. Dedim ki, pencak-silat sizdədir ? Dedilər yox bizdə deyil ? Amma sən yenə də işləmə. Adamın üstündə Allah var. Onlar birinci mənimlə çox xoş danışdılar. Xoş danışdılar deyən də ki, mənə deyirdilər ki, gəl bizimlə işlə. Mən razılaşmayanda o Emil Əliyev dedi ki, sən çox yuxarı ilə getmə. Mən Çevik polis alayındanam. Sonra dedi ki, mən polisəm sən qoymayacağam məşq keçəsən, sənin zalını bağlatdıracağam. Məqami dedi ki, səninlə düşmən olacağam. Bunlar mənə bu sözləri deyirsə mən də cavab verirəm. Lap da gəlirlər üstümə. Bu dəmdə üçüncü şəxs gəldi. Demək bunlar deyiblər ki, Abdul gəlir gəlin onu da çəkək öz tərəfimizə. Şəmilli Əkbərin atası Teymur gəldi. Teymur gələn kimi mənə əl-qol atdılar. Təhqiramiz ifadələrlə dedilər ki, niyə gedib girmisən Abbasın arxasına. Abbası da basdıracağam içəri. Bu Teymur mənə dedi ki, mən Milli Qəhrəmanam, mənim Milli Qəhrəman dostlarım var. Sənin Sulutəpə qəsəbəsində olan evini sökdürəcəyəm. Mən nə yalan deyim. Sulutəpə qəsəbəsində 500-dən çox sənədsiz ev var. Üç də eyni anda mənə təziq göstərdi. Məqami bir tərəfdən, Teymur kişi bir tərəfdən, polis əməkdaşı da bir tərəfdən”, – A.Abdullazadə əlavə edib.
Qeyd edib ki, polis əməkdaşı mənə dedi – üç növ ölkə var. Birinci növ hegamon ölkələrdir. Yəni ABŞ və Rusiya. Bir növ orta ölkələrdir. Yəni Türkiyə İsrail. Bir də var çırtdan dövlətlər yəni Azərbaycan kimi. Abbas müəllimdə cırtdan ölkədə söz sahibidir. Dünyada heç bir ölkədə tanınmayan stenka idman növünün yaradıcısı Valeriy Malistravoy hegomon ölkə olan Rusiyada söz sahibidir. Bizim arxamızda Rusiyadan olan Valeri Malistravoy dayanıb. Polis əməkdaşı yaşadığı ölkəyə cırtdan deyir. Bu nə polisdir. Mənim buna polis deməyə dilim gəlmir. Sonra dedi ki, Azad Əsgərovun (Azərbaycan Pankration Federasiyasının prezidenti) yarışında adam öldü. Ondan 50 min aldılar. Bütün hakimlərdən 5 min aldılar. Sən hakimlik edə bilməsən. Səni tutduracağam və bütün polisləri rüşvətdə ittiham etdi.
Vurğulayıb ki, mən onların təziqinə məhəl vermədim. Ancaq məni ölümlə hədələdilər. Müəllimimə qarşı bu cür ittihamlarla çıxış etməklərinə dözə bilmirəm. Daxili İşlər Nazirliyinə, Gənclər və İdman nazirliyinə və Prokrorluğa məktub yazdım. Məni çevik polis alayından çağırdılar. Məndə anamla getdim ora. Orada Alay komandirinin müavini bizi qəbul etdi. Sonra gördüklərim məni təəcübləndirdi. Demək Əliyev Emil həmin otağa daxil oldu. Alay komandirinin müavini ilə səmimi salamlaşıb, öpüşüb görüşdülər. Mənə də qəribə gəldi ki, işə baxan bu Emillə necə səmimi görüşür. Bu nə hayatdır? Bu nə qanundur ? Dedim ki, bu mənim ölkəmə cırtdan ölkə dedi. O da dediki onun deməsi ilə ölkə çırtdan ölkə olmayacaq ki. Dedim ki, bu məni zalımı bağlamaqla hədələdi. O da dediki, deməklə bağlamadı ki zalı. Getdik həmən idarənin müavinin yanına. Müavin dedi ki, Emil sən niyə belə hərəkət etmisən. O dedi ki, cənab general mən Abbas Hüseynovla bağlı məruzə verib cənab generalı başa salmışam. O da dedi ki, kəs səsisini. Sən kimsən ki, generalı başa salasan. Ondan sonra da mənim məktubuma cavab verilmədi. Zəng elədim 102 xidmətinə ki, mənim işimə baxmırlar. Mənə dedilər ki, gəl cavabını götür. Geddim cavabımı götürməyə. Mənə də orda Çevik polis əməkdaşları təziq edirlə ki, zəng elə 102-yə denən şikayətimi geri götürürəm. Mən zəng elədim 102-i xidmətinə dedim ki, mən bu fikirlərlə razı deyiləm. Bu Emil Əliyev məni ölümlə, evimi sökmək və zalımı bağlamaqla hədəliyib. Burda isə ona çox yüngül cəza veriblər. 102-dən də mənə dedilər ki, razı deyilsizsə ya yenidən məktub yazın ya da məhkəməyə verin.
“Vəziyyət budur Oruc Məmmədli məni bu hala saldı. Bütün bu işləri görən Orucdur. Bu Oruc Məmmədli vaxt var idi qəzetə müsahibə verib deyirdi ki, Abbas Hümbətova şər böhtan atırlar. Biz həmişə Abbas müəllimin yanındayıq. Yəni müəllimimi dəstəkləyirdi. Əkbəri, Emili, Məqamini təhqir edirdi. Lakin indi üzərindən 4-5 ay keçib. Müəllimimə əks gedir. Yığıb 4-5 nəfəri ətrafına. Hər tərəfə məktub yazırlar. Dünənə qədər sən o insanları təhqir edirdin. Burda tək mən deyiləm. Elxan müəllim, Ziya müəllim Lalə, Rumiyyə çox insan var. Hər kəs buna şahiddir. Oruc müəllim mənə noyabrda dedi ki, güclü fəaliyyət üçün master sport lazımdır. Mən sənə onu verərəm 800 manata. Mən də dedim ki, mənim o qədər pulum olsa gedib evimi düzəltərəm. Bu insan mənim 210 manat pulumu alıb. Sənədimi verimir. Verdiyi sənəddə yazılmalı idi ki, Azərbaycan penclçak-silat idman növünün Alov idman klubu. Bu isə mənə sənəd verib ki, Azərbaycan kikboksinq idman növünün Alov idman klubu. Deyirəm ki, mən kikboksinq məşqçisi deyiləm. Bu əsasnamə saxta idi. Möhrümü də vermədi. Məni aparıb caladı Məqamigilə. Onlarda məni təhqir etdilər, ölümlə hədələdilər, fiziki təziq etdilər.
Məqaminin bir tələbəsi var Hikmət. O girib mənim instagramda Xocalı faciəsi ilə paylaşımımın altında yazır ki, Allah sənə lənət eləsin . Sənin başın aşağıdır, sən kişi deyilsən, səni döyəcəyəm. 102-yə zəng edirəm, 40-cı bölməyə yazıram baxmırlar işmizə . Pulumu da vermirlər. Oruc müəllim mənə deyirki, sənin pulunu verməyəcəyəm.
Mən gecə olan kimi evə qaçıram. Qorxuram gəlib evimi sökərlər. Atasız insanam. Bir anam və bir bacım var. Hər gün təziq, hər gün zənglər. Sizdən məsələni ictimailəşdirmək üçün kömək istəyirəm.
Gənclər və İdman naziri Azad Rəhimovdan xahiş edirəm ki, yaranmış məsələ ilə bağlı mənə kömək etsin. Burdan hüquqi-muhafizə orqanlarına səslənirəm. Bütün bu qanunsuzluqların qarşısının alınmasında mənə kömək etmələrini rica edirəm.
P.s. Qarşı tərəfin də fikirini dərc etməyə hazırıq.
















