Gənclər və idman naziri yeni idarə rəisi təyin edibbackend

Gənclər və idman naziri yeni idarə rəisi təyin edib

Neftçala Rayon Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Əhmədov Araz Tofiq oğlu təyinat alıb. Yeni rəis artıq bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, Əhmədov Araz Tofiq oğlu 2 oktyabr 1972-ci ildə Neftçala şəhərində anadan olub. O bundan əvvəl rayon Təhsil şöbəsində işləyib.

  •  (0)
  •  (0)