Gənclər özlərini videoya çəkib, sonra GÜLLƏLƏDİLƏR- Dəhşət saçan İNTİHAR – FOTObackend

Gənclər özlərini videoya çəkib, sonra GÜLLƏLƏDİLƏR- Dəhşət saçan İNTİHAR – FOTO

Türkiyənin Manisa şəhərində tarlada 4 gənc ölü tapılıb.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, gənclərin üçünün ölümündən əvvəl Mert adlı biri ilə vidalaşdığı ortaya çıxıb. Gənclər vidalaşmanı telefonla çəkib Mert adlı dostlarına atıblar. Telefona baxmayan Mert Dalğın mesajı gec görüb. Videonu görəndə isə “Onların zarafat etdiklərini düşündüm, şok oldum” deyərək açıqlama verib.

Gənclərdən biri olan 20 yaşlı Ümit Zangalının boynunun qırıldığı, onun əmisi oğlu 23 yaşlı Serkan Zangal , 24 yaşlı Neşet Dalgın və 22 yaşlı Muharrem Zenginin tüfəngiylə öldürüldüyü məlum olub.

Mobil telefonla çəkilən vida videosundakı görüntülərdə isə mərhumların üçünün iştirak etdiyi bildirilir. Videoda narkotikin təsiri altında olduğu düşünülən gənclər Mert adlı birinə “Mert, özünə yaxşı bax qardaşım. Gedirik. Səni sevirik qardaş, Bacarmadıq, qardaş. O birisi dünyada görüşərik” deyə qışqırdığı görülüb.

  •  (0)
  •  (0)