Gəncədə zibilliyə atılan körpənin FOTOLARIbackend

Gəncədə zibilliyə atılan körpənin FOTOLARI

Körpənin fotoları yayılıb.
Hokm.az Report-a istinadən fotoları təqdim edir:

***12:30
Səhiyyə Nazirliyi küçədən tapılan körpənin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti qənaətbəxşdir.
Həkimlərin söözlərinə görə, uşaqda fiziki qüsur qeydə alınmayıb. Uşaq hazırda xəstəxanada həkimlərin nəzarəti altında saxlanılır.
Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.

***09:00
Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Hokm.az “Report”a istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

  •  (0)
  •  (0)