Gəncədə yaşayış binasında partlayış – ölən varbackend

Gəncədə yaşayış binasında partlayış – ölən var

Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb.

Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

07:05

Gəncə şəhərində fərdi evdə yanğın olub. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun cəsədi aşkarlanıb.

Yanğının başvermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.///report

  •  (0)
  •  (0)