Gəncədə falçı ilə sövdələşən məmurlar…
Əvvəllər Gəncə şəhər İcra başçısının köməkçisi kimi fəaliyyət göstərən Kamran Məhərrəmov, başçının sürücüsü Fariz, Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nigar Məmmədova Gəncədə “Cuhud Alek” kimi tanınan erməni əsilli cadugarin daimi müştərisidir. Alekin anası Lyuda ermənidir və o da falçıdır. Bunu Gəncədə yaşayan hər kəs bilir. Amma özlərini məlum səbəblərdən yevrey kimi təqdim edirlər. Kamran Məhərrəmov, sürücü Fariz və N. Məmmədova az əvvəl dedim kimi cadugar Alekin daimi müştərisidir. Onlar vəzifəyə keçmək və daha çox pul qazanmaq üçün daim Alekin yanına gedib gəlirlər. Bu yaxınlarda Gəncə İcra hakimiyyəti aparatının Şəhər Təsərrüfatı Üzrə müavin Mikayıl Zeynalov başçını müvafiq əmri ilə öz vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə başçının köməkçisi işləyən Kamran Məhərrəmov təyin edilib.
Bu necə baş verib? Vaxtaşırı cadugar Aleklə görüşən Kamran Məhərrəmov ona vəd edib ki, sən bir cadu elə mən müavin olum və sənə əvəzində 10.000 min ABŞ dolları pul verim. Cadugar Alekə də deyib ki, mən elə edəcəm ki, başçı Niyazi Bayramov sənə müavinlik vəzifəsi verəcək. Səndə bunun əvəzində mənə 10.000 dollar pul verəcəksən. Təsadüfdənmi yoxsa cadugarın “kəramətin”dənmi Kamran Məhərrəmov Alekin dediyi kimi keçmiş müavin Mikayıl Zeynalovun yerinə təyin edilib. Kamran Məhərrəmov sözünə qismən doğurçu çıxıb. O cadugər Alekə 5000 dollar verib. Qalanını isə gəncəlilər demiş “fırladıb”. Elə cadugərlə məmur arasında mübahisədə bundan sonra başlayıb. Alek Kamrandan narazı qalıb və başlayıb onun qeybətini digər adları sadalanan müştərilərinə etməyə. Kamran Məhərrəmovun keçmiş müavin Mikayıl Zeynalovun yerinə tamah salmasının əsas məqsədi isə Mikayıl Zeynalov şəhərdə olan “milli on” aparatlarından hər ay yığığı 8.000 manat pul olub.
Mikayıl Zeynalov öz əməlinin qurbanı olub. Belə ki, Zeynalov başçının köməkçisinə “jest” edib və ona öz sirrini açıb ki, bəs mənə “milli on” aparatlarından hər ay 8.000 pul gəlir, onun yarısı sənin olsun. Daha bu yazıq Mikayıl bilməyib ki, onun bu “xeyriyyəçilik” əməli öz başına bəla olacaq.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nigar Məmmədova da iş yoldaşı Kamran Məhərrəmovun tövsiyyəsi ilə cadugər Alekin daimi müştərisinə çevrilib. N. Məmmədova bu vəzifəyə təyin olunması üçün cadugara xeyli pul xərcləyib və istəyinə də nail olub. Əvvəllər həmin şöbədə adi məsləhətçi işləyən N. Məmmədova qısa müddət ərzində həmin şöbənin müdiri olub və beləcə də N. Məmmədova öz “istəyi”nə çatıb. Alekin Kamranla aralarında olan mübahisəsindən sonra Nigar Məmmədova öz yerini möhkəmlətmək üçün məcbur qalıb başqa cadugərlərə müraciət edib. Başqaları da yazıq Nigarı soğan qabığı kimi soymağa başlayıblar. Nigar xanım o həddə çatıb ki, gündəlik rasionunda yalnız cadugərin məsləhət gördüyü və özünün hazırladığı qidalardan və içkilərdən istifadə etməyə başlayıb.
İcra Başçısının sürücüsü Farizin isə cadugar Alekə müraciəti belə olub ki, onu görən vəzifəli şəxslər mütləq “hörmət” etsinlər. Onunda “arzu”su yerinə yetib. Belə ki, başçinin qəbuluna gələn hər bir idarə, müəssisə, məktəb və s. müdirləri mütləq başçının qəbuluna çıxmamış sürücü Farizə 100 manat pul verməliymişlər. Bəli, bəli düz oxudunuz, 100 manat. Cadugar Alek Farizə deyib ki, sən qabağına keçəndən pul istə. Onlar mənim elədiyim cadu nəticəsində sənə mütləq pul verəcəklər. Mən onların dilini ağzını elə bağlayacam ki, heç kim sənin sözündən çıxa bilməyəcək və dinməz söyləməz sənə pul verəcəklər. Sürücü Farizdə Alekin sözüylə sırtıqlığına salıb başlıyıb qabağına keçəndən pul istəməyə. İdarə müdirləridə başçıya hörmət olaraq hər dəfə onun qəbuluna gələndə məcbur qalıb Farizə 100 manat pul verməli olublar. Təssüf ki, bu ənənə başçı Niyazi Bayramovun xəbəri olmadan hələ də davam edir.
Bu zavallılar hələdə anlamırlar ki, Niyazı Bayramov hansısa “cadugər”in cadusu ilə yox, ölkə başçısının gənclər siyasətinin davamı kimi onlara etimad göstərərərk vəzifə verir. Təbii ki, qabağa çəkilmək hər bir gəncin istəyidir. Ama belə iyrənc formada yox da.
İndi isə gəncəlilər öz hümanist başçısının həyatından nigarandılar. Ona görə ki, daim başçı Niyazi Byaramovla yaxın təmasda olan bu şəxslər fırıldaq cadugərin əli ilə onun səhətinə xətər yetirə bilərlər. Bu məsələni içtimailəşdirməkdə əsas məqsəddə budur ki, yenicə sevinən gəncəlilərin sevimli başçısının səhətinə xətər yetirilməsin. aia.az
















