Gəncədə faciəvi hadisə – Naməlum maşın piyadanı öldürüb qaçdıbackend

Gəncədə faciəvi hadisə – Naməlum maşın piyadanı öldürüb qaçdı

Sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Hokm.az xəbər verir ki, Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gəncə ŞBPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

  •  (0)
  •  (0)