Gəncədə dəhşətli yol qəzası – ÖLƏN VAR/FOTO (YENİLƏNDİ)backend

Gəncədə dəhşətli yol qəzası – ÖLƏN VAR/FOTO (YENİLƏNDİ)

Gəncədəki yol qəzası zamanı ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Publika.az-ın xəbərinə görə, ölən şəxs “Oka”nın sürücüsü, 1962-ci il təvəllüdlü Gədəbəy rayon sakini Rüstəmov Abdulxaliq Mamed oğlu, yaralı isə “Hyundai” markalı avtomobilin ürücüsü, 2000-ci il təvəllüdlü Gəncə sakini Hacıyev Timur Daşqın oğludur.

***

17:29

Gəncə şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Gəncə şəhərindən keçən hissəsində baş verib.

“Hyundai” markalı maşınla “Oka” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə qəza zamanı “Oka” markalı avtomobildə olan şəxslərdən biri ölüb, daha bir nəfər yaralanıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti ağırdır.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib, qəzanın təfərrüatları dəqiqləşdirilir

 

  •  (0)
  •  (0)