Gəncədə dəhşətli hadisədə ölən polis Avropa çempionu imiş – FOTObackend

Gəncədə dəhşətli hadisədə ölən polis Avropa çempionu imiş – FOTO

Bu gün Gəncə şəhərində baş vermiş yol qəzasında ölən polis əməkdaşı Avropa çempionu olub.

Publika.az-ın verdiyi məlumata görə, “Fait Albella” markalı avtomobilin mağazaya çırpılması nəticəsində dünyasını dəyişən polis serjantı Renat Əliyev pauerliftinq idman növü üzrə Avropa və Azərbaycan çempionu, bir sıra yarışların mükafatçısı olub. O, Mühafizə polisində işləyib.

Məlumat üçün bildirək ki, hadisə bir neçə saat öncə Müseyib Bağırov küçəsində baş verib. Dünyasını dəyişən R.Əliyevlə yanaşı digər polis əməkdaşı Emin Əliyev yaralanıb. O, Gəncə şəhər özəl xəstəxanalardan birinə yerləşdirilib.

  •  (0)
  •  (1)