Gəncədə beşmərtəbəli binada yanğın – Sakinlər təxliyə edildibackend

Gəncədə beşmərtəbəli binada yanğın – Sakinlər təxliyə edildi

Bu gün Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Hokm.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

  •  (0)
  •  (0)