Gəncədə aviareyslərin bərpa olunması TƏKLİF EDİLDİbackend

Gəncədə aviareyslərin bərpa olunması TƏKLİF EDİLDİ

Milli Məclisdə Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin bərpa olunması təklif edilib. 

Hokm.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib.

O bildirib ki, Gəncədə aviareyslərin həyata keçirilməsi məsələsinə yenidən baxılmalıdır:

“Çox təəssüflər olsun ki, bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri işləmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyatı qurumlar tərəfindən baxılsa, çox yaxşı olar”.

  •  (2)
  •  (0)