İnternet hazırda ən sürətli yayım vasitəsidir. İnternet üzərindən əlaqə qurulması, xüsusilə sosial şəbəkələr vasitəsilə məlumatlandırma və interaktivlik imkanı olduqca güclü və sürətlidir.
Bir neçə gün bundan qabaq bu adam Gəncə Dövlət Universiteti ilə bağlı öz saytında təsəvvur edilməz dərəcədə böhtanlar uydurub.Ali məktəblərdə qış imtahan sessiyası yanvarda başlayacaq,amma bu indidən proqnoz verir.Onun cızmaqarasindan sitat:”….. Dünən isə növbədənkənar Elmi Şura çağıran rektor dekanlara ciddi şəkildə tapşırıb ki, rüşvət qəti ola bilməz və imtahanların sualları cavabıyla bir yerdə tələbələrə paylanmalıdır”. Ardınca isə iddia edir ki,rektor bunu yalandan deyir,onsuz rüşvət alır.
Bu “məntiq dağarçığı” anlamır ki,əgər test suallarının doğru cavabı tələbələrə paylanıbsa,tələbə bu 300-500 sualın cavabını əzbərləyib imtahandan qiymət alacaq,daha niyə rüşvət verməlidir ki???
Bu və diğər yazılan böhtanlarla bağlı bu böhtançının saytda göstərdiyi nömrəsinə zəng etdim.Əvvəl telefonu açmadı,bir neçə dəqiqədən sonra özü zəng etdi. Gəncə Dövlət Universiteti ilə bağlı zəng etdiyimi deyən kimi özünün olmayan şəxsiyyətinə yaraşan çox kobud söyüşləri universitet rəhbərliyinin ünvanına yağdırdı.Deyir ki,səni tanıyıram,sən obyektiv adamsan,amma onları……… Ara vermədən çox pis söyüşlər söyərək,cavabımı belə gözləmədən telefonu söndürdü. Daha bu söyüş dağarçığı bilmədi ki,onun 050 247 …. 11 nömrəli telefonu ilə dediyi söyüşlər yazılıb.İndi bu səs yazısını aidiyyəti orqanlara,o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərəcəm.Qoy bu məsələlər araşdırılsın.
Yayılan məlumatları böhtan, yalan və uydurma hesab edən Gəncə Dövlət Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov xahiş edir ki, fakta söykənməyən, jurnalist etikasına əməl etmədən qərəzli və tərəfli hazırlanan yazıları dəqiqləşdirmədən öz səhifələrinizdə, ekranlarınızda, qəzetlərinizdə tirajlamayın:
“Azərbaycan qanunvericiliyinə görə qurumun nüfuzuna zərər vurmaq hüquqi məsuliyyət yaradır. Sizi hüquqa hörmət etməyə, başqalarına zərər vurmamağa, obyektiv və peşəkar olmağa və qalmağa çağırırıq”
P.S. Mənim dostluğumda qələmlərinə və özlərinə böyük hormət bəslədiyim jurnalist dostlarım var.Onlar jurnalist kimi şərəfli peşəyə ləkə gətirən bu “söyüş dagarçığını” yəqin ki,tanıyıb bu sözləri ona çatdıracaq.
\\azsiam.info
















