Gəmidə gəzmək istəyənləri hansı yeniliklər gözləyir? – AÇIQLAMAbackend

Gəmidə gəzmək istəyənləri hansı yeniliklər gözləyir? – AÇIQLAMA

Son günlər ərzində koronavirusla bağlı Azərbaycanda müsbət tendensiya müşahidə olunur. Artıq karantinlə bağlı müəyyən yumşaldılmalar da edilib. Bunlardan biri də gəzinti gəmilərinin fəaliyyətinə qoyulan qadağaların ləğvidir. Belə ki, bu barədə Dənizkənarı Bulvar İdarəsində İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, artıq gəzinti gəmilərinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bəs görəsən, növbəti mərhələdə gəmilərin fəaliyyətində hansı yeniliklər tətbiq ediləcək?

Mövzu ilə bağlı Sonxeber.az saytının suallarını Dənizkənarı Bulvar İdarəsində İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva cavablayıb.

O bildirib ki, növbəti mərhələdə müəyyən dəyişikliklərin olması gözləniləndir:

“Hələlik bu barədə Operativ Qərargahın rəsmi qərarı yoxdur. Gəmilər nəqliyyat vasitəsi olduğuna görə may ayının ortalarından etibarən fəaliyyətə başlayıb. Təbii ki, küləkli havalarda gəmilərin fəaliyyəti dayandırılır. Lakin Opertaiv Qərargahın bütün qaydalarına tam əməl edilir. Hansı yeniliklərin tətbiqi ilə bağlı hələlik heç bir şey deyə bilmərik. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin. Operativ Qərargahın verəcəyi qərardan asılı olaraq, biz də öz fəaliyyətimizi tənzimləyəcəyik. Hələlik veriləcək qərarları gözləyirik”.

  •  (0)
  •  (0)