“Gəmi ilə bağlı insident zamanı 19 nəfər həlak olub, 15 nəfər yaralanıb” –İran Ordusubackend

“Gəmi ilə bağlı insident zamanı 19 nəfər həlak olub, 15 nəfər yaralanıb” –İran Ordusu

İran gəmisi ilə bağlı vermiş insident zamanı 19 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Bu barədə İran Ordusunun mətbuat xidməti məlumat yayıb.

Lakin mətbuat xidməti insidentin yanlış raket atışı nəticəsində baş verdiyini təsdiqləməyib.

***

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) “Kənarək” gəmisinin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib.

HDQ-nin yaydığı açıqlamada bildirilib ki, ötən gün təlim məşqi zamanı baş vermiş insident nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

İranşəhr şəhər Tibb Universitetin rektoru bildirib ki, xəsarət alanlardan 16 nəfər İmam Əli adına xəstəxanaya çatdırılıb. Onlardan biri ölüb, 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada 12 nəfər var.apa

  •  (1)
  •  (0)