Türkiyənin Kocaeli vilayətində əri evdə yoxkən sevgilisi ilə cinsi əlaqədə olan 3 uşaq anası A.S.-nı qayınanası tutub.
Hokm.az xəbər verir ki, yarıçılpaq halda evdən qaçmağa çalışan gənc oğlanı məhəllə sakinləri ölümcül döyüb.
Qeyd edək ki, hadisə dünən baş verib.
Xəstəxananın qəbul şöbəsində çalışan A.S. iddiaya görə, N.Ş.K. ilə orada tanış olub.
Sevglisi N.Ş.K. ilə yataqda intim münasibətdə olarkən qayınanası tərəfindən yaxalanan A.S.-ni otaqa saxlayan qayınanası çılpaq halda qaçan oğlanın arxasınca düşüb. Ələ keçən N.Ş.K. məhəllə sakinləri tərəfindən linç edildikdən sonra polisə təhvil verilib.
Xəstəxanaya çatdırılan N.Ş.K. müalicə edilir. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.Milli.Az
















