“Gedin vaksin vurdurun” – Deputatdan yoluxmanın artmasına reaksiyabackend

“Gedin vaksin vurdurun” – Deputatdan yoluxmanın artmasına reaksiya

“Hələ peyvəndlənmə pulsuz aparılır, insanlar onu da az qala məcbur etdirmək istəyirlər. Gedin özünüzə vaksin vurdurun”.
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Deputat bildirib ki, insanlar qaydalara əməl etmirlər:
“Son günlər yoluxma faizi yenidən artır. Bunun da səbəbləri var. İnsanlar qaydalara əməl etmirlər, məsafə saxlamaq, dezinfeksiya tədbirləri, bütün bunlara əməl etmək lazımdır, amma çoxu etmir. Hələ peyvəndlənmə pulsuz aparılır, insanlar onu da az qala məcbur etdirmək istəyirlər. Gedin özünüzə vaksin vurdurun. Bir tərəfdən də xəstə olduğu halda evdən bayıra çıxırlar. Düzdür, onlar tutulub cəzalandırılır. Amma xəstə halda evdən çıxır. İndi bu artacaq da, azalacaq da, bundan hələ ki, qurtulmaq mümkün deyil. Mənim həmişə dediyim bir söz var ki, bu Ümumdünya Səhiyyə Təşkilatını bağlasınlar”.
Aqil Abbas məktəblərin onlayn təhsilə keçməsinə də münasibətini bildirib. O, qeyd edib ki, təhsilin onlayn formaya keçməsi gələcəyimizin məhvi deməkdir:
“İndi məni ən çox ağrıdan məsələ ali təhsil ocaqlarının bağlanmasıdır. Artıq bir neçə məktəbdə bağlanmalar var, hətta ən böyük məktəblərdən biri olan 20 nömrəli məktəbdə də yoluxma aşkarlanıb. Bəzi universitetlərdə qruplar bağlanıb, distant təhsilə keçib. Bu isə bizim gələcəyimizin məhvi deməkdir. Əvvəla distant təhsillə təhsil olmaz. İkincisi, məktəblilər cəmiyyətdən, ictimailəşməkdən uzaqlaşırlar. Ona onlayn dərs verə bilərsən, amma onu bir vətəndaş kimi yetişdirə bilməzsən, ictimaiyyətdən kənarda yetişməsi mümkün deyil. Valideyn tərbiyəsi başqadır, cəmiyyətin tərbiyəsi başqa. Bütün bunların qarşısını həkimlərə, tibbə qulaq asmaqla almaq olar. Özümüzü qorumalıyıq, mən həmişə deyirəm, özünü qoruyursansa, ailəni qoruyursan, balalarını qoruyursan, onları da qoruyursansa, demək milləti, xalqı qoruyursan”.
  •  (0)
  •  (2)