“Gedib Xankəndidə yaşayacağam” – Xalq artistibackend

“Gedib Xankəndidə yaşayacağam” – Xalq artisti

Gedib Xankəndidə yaşayacağam.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa bildirib ki, arzusu Qarabağda yaşamaqdır.

Allahverdiyeva daha sonra atasından yazıb. Aktrisa atasının məzarının Ağdamda olduğunu vurğulayıb:

“Əziz atam Cahid Hilal oğlu, sən 1956-cı il 28 mayda öz əllərində tikdiyin bayrağı Qız qalasına asdın. Buna görə 10 il sürgün edildin və əzablı günlər yaşadın. Qayıtdıqdan sonra da öz amalından dönmədin. Azərbaycanın azadlığı arzusu ilə yaşadın. Sənin dəfələrlə polislər tərəfindən döyülüb, evə qan içində qayıtdığını gördüm. Mənə gülə-gülə “Qorxma, ceyran bala. Aslanı yaralayıblar” deməyini unutmuram. İndi Azərbaycan bayrağı Ali Baş Komandanımızın və Ordumuzun şücaəti ilə Qarabağımızda dalğalanır. Məzarın Ağdam şəhərindədir. Ağdamın da azadlığa qovuşmağına az qalıb”.

  •  (0)
  •  (0)