Fevralın 1-də saat 18 radələrində Gədəbəy rayonunda ağır yol qəzası baş verib.
Hokm.az xəbər verir ki, rayonun Mormor kəndi ərazisində Cücənli kənd sakini M.Zeynalov idarə etdiyi “T-74” markalı traktoru dərəyə aşırıb. Nəticədə sərnişini, Dördlər kənd sakini S.Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
















