Gədəbəydə 150 vəzifəli şəxs təmtaraqlı ad günü keçirib?backend

Gədəbəydə 150 vəzifəli şəxs təmtaraqlı ad günü keçirib?

Ölkə gündəmi Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ilə bağlı baş verənlərlə çalxalanarkən, Gədəbəydə məmurların karantin  qaydalarını pozduğuna aid daha bir məlumat yayılıb.

Hokm.az xəbər verir ki, bu barədə Ovqat.com xəbər yayıb.

Xəbərə görə, bu dəfə qanunu pozanlar Ədliyyə Nazirliyinin və Gədəbəy rayonunun yüksək vəzifəliləri olub.

Məlumatda deyilir ki, 18 avqust 2020-ci il tarixdə Xaçmaz cəzaçəkmə müəssisənin rəisi polkovnik Azər Firuddin oğlu İbrahimov rayonun Slavyanka kəndində yerləşən “Meh” istirahət mərkəzində 150 nəfərdən artıq adamın iştirakı ilə özünə təmtaraqlı ad günü keçirib.

“Ad günündə ədliyyə generalı Məhərrəm Qafarov, regional Xəzinə İdarəsini rəisi Namiq Məmmədov, rayonun hüquq muhafizə orqanlarının bir sıra əməkdaşları iştirak ediblər. Bu barədə  rayonda xeyli adam məlumatlıdır”, – məlmatda qeyd edilir.

Ədliyyə Nazirliyi məlumatı nə təsdiq, nə təkzib edib.

  •  (0)
  •  (0)