Gecə şiddətli döyüşlər: O şəhər ələ keçirilib – ƏLAVƏ 3 MİN ƏSGƏR GÖNDƏRİLDİbackend

Gecə şiddətli döyüşlər: O şəhər ələ keçirilib – ƏLAVƏ 3 MİN ƏSGƏR GÖNDƏRİLDİ

ABŞ əsgərlərinin geri çəkilməsindən sonra irəliləyən “Taliban” Əfqanıstanın ikinci böyük şəhəri Qəndəharı da ələ keçirib.

Hokm.az Redaktor.az-a istinadla xəbər verir ki, bununla “Taliban”ın nəzarətində olan şəhərlərin sayı 13-ə yüksəlib.

Əfqanıstan ordusundan verilən açıqlamada, “Dünən gecə şiddətli döyüşlərdən sonra “Taliban” Qəndəhar şəhərinə nəzarəti ələ keçirib” deyə bildirilib. Lakin şəhərin hava limanına nəzarət hökumət qüvvələrinin əlindədir.

ABŞ mediasının kəşfiyyat hesabatına istinadən xəbərinə görə, “Taliban” 30 gün ərzində paytaxt Kabili mühasirəyə alacaq, 90 gün ərzində isə şəhərə daxil olacaq.

Digər tərəfdən, ABŞ bu ölkədəki vətəndaşlarını təxliyə etmək üçün əlavə əsgər göndərməyə hazırlaşır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirby bildirib ki, yaxın 48 saat ərzində 3 min amerikalı əsgər Əfqanıstanda olacaq.

İngiltərə də vətəndaşlarının təxliyəsi üçün bölgəyə təxminən 600 əsgər göndərəcəyini açıqlayıb.

  •  (0)
  •  (0)