Füzulidə şəhid olan kapitanın doğum günüdür – FOTObackend

Füzulidə şəhid olan kapitanın doğum günüdür – FOTO

Bu gün Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun doğum günüdür.
Aqil Məlikov 1986-cı ilin aprelin 6-da Quba rayonunun Alpan кəndində anadan olub.1993-2004-cü illərdə Alpan кənd tam orta məкtəbində, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.

Şəhid kapitan ailəli idi. Süleyman və Xədicə adlı iki övladı yadiga qalıb.

A. Məlikov Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsində Füzuli uğrunda əməliyyatlarda iştirak edib, sentyabrın 27-də şəhidlik zirvəsinə yüksəlib. Şəhid kapitan Quba rayonunda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

  •  (0)
  •  (0)