Füzulidə faciəvi hadisə – QADIN ÖLDÜbackend

Füzulidə faciəvi hadisə – QADIN ÖLDÜ

Sentyabrın 29-da saat 19 radələrində Füzuli rayonunda ağır yol qəzası baş verib.

Hokm.az xəbər verir ki, Horadiz şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini İ.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

  •  (0)
  •  (1)