Fuad Muradov şəhid ailələrini təhqir etdibackend

Fuad Muradov şəhid ailələrini təhqir etdi

Milli Fədailər Hərəkatının sədri Fuad Muradov şəhid ailələrini təhqir etdi.

Hokm.AZ xəbər verir ki, Fuad Muradov mitinqlərə qatılan şəhid ailələrini vətən xaini adlandırıb:

“AXCP: “Polislər niyə şəhid anasını mitinqdə sürüyür?”

Cavabım belədir:

1)Şəhid anası hökümətdən pensiya alır,

2)Şəhid anası hökümətdən ev alır,

3)Şəhid anası yerli icra hakimiyyətlərindən torpaq alır,

4)Yazılmış qanunlardan kənar müəyyən güzəştlər alır,

5)Milli-mənəvi dəyərlərimiz siyahısında başda olur.

Bütün bunlardan sonra qazaxlılar demiş “Şəhid anası mitinqlərdə nə “ATDIRIR”?”. Şəhid anaları və ailələrinin bu hakimiyyət tərəfindən sosial məsələləri qarşılanırsa, nə üzlə hökümətə qarşı şüar səsləndirir? Deməli, oğlu mərdlik kişilik simvolu olubsa, ailə xəyanətmi etməlidir? Əsl şəhid anaları öz dəyərlərini qoruyub saxlayır və o anaların əllərindən öpürük. Mitinq və ya digər siyasi marginallaşmış quruplarda geydirmə şəhid anaları xalqa xəyanət edir.” //baxar.az

  •  (1)
  •  (23)