Fuad Əkbərov Belçikada İnterpol tərəfindən saxlanılıbbackend

Fuad Əkbərov Belçikada İnterpol tərəfindən saxlanılıb

Azərbaycan Naminə Demokratiya Hərəkatının (AND) üzvü Fuad Əkbərov İnterpol tərəfindən saxlanılıb.

Hokm.az-ın APA-ya istinadən məlumatına görə, İnterpol əməkdaşları Almaniyada yaşayan Fuad Əkbərovu bu gün səhər saatlarında Belçikanın paytaxtı Brüsseldə saxlayaraq yerli polisə təhvil veriblər.

Avropada fəaliyyət göstərən AND-ın üzvü olan Fuad Əkbərovun Azərbaycan hökumətinin sorğusu əsasında saxlanıldığı bildirilir. Saxlanma səbəbi hələlik açıqlanmayıb.

  •  (0)
  •  (0)