Fransızlar Makrona etiraz edir: “Ölkəni vətəndaş müharibəsinə sürükləyir”backend

Fransızlar Makrona etiraz edir: “Ölkəni vətəndaş müharibəsinə sürükləyir”

Fransa Prezidenti Emmanuel Makronun islam dini ilə bağlı fikirləri ölkə ictimaiyyətinin də narazılığına səbəb olub.

Bu barədə “A Haber” məlumat yayıb.

Belə ki, fransalı futbolçu Adil Rami ölkə başçısının fikirlərinə münasibət bildirərkən “edilən təxribatları görürəm və səndən çox utanıram” fikrini səsləndirib.

Fransalı millət vəkili Klementin Autan isə ölkəsinin hər ötən gün faşizm öncəsi cəmiyyətə bənzədiyini, müsəlmanlarla baş verən bu gərginliyin ölkəni vətəndaş müharibəsinə sürüklədiyini qeyd edib.

  •  (1)
  •  (1)