Fransada koronavirusun mutant variantı DƏHŞƏT SAÇIR: hər gün 1600 nəfər…backend

Fransada koronavirusun mutant variantı DƏHŞƏT SAÇIR: hər gün 1600 nəfər…

Fransada koronavirusun mutant variantı sürətlə yayılmaqdadır.

Hokm.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Jan Kasteks danışıb.

Baş nazir gündəlik yoluxmanın, orta hesabla, 20 minə yaxınlaşdığını və hər gün 1600 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Onun sözlərinə görə, yoluxma sayları yüksək olsa da, stabil qalır və bunun üçün sərt qabaqlayıcı tədbirlər görülməyəcək. Lakin mövcud karantin qaydaları da yumşaldılmayacaq.

Baş nazir əhalinin mümkün olduqca evdən işləməyə üstünlük verməli olduğuna diqqət çəkib.

Fransanın Səhiyyə naziri Oliviyer Veran Braziliya və Cənubi Afrika ştammının Britaniya ştammından daha ağır olduğunu bildirib.

Bu ayın sonuna qədər Fransada 3,5-4 milyon vətəndaş vaksinasiyaya cəlb olunacaq.publika

  •  (0)
  •  (0)