Fransada bıçaqlı hücum – Yaralılar varbackend

Fransada bıçaqlı hücum – Yaralılar var

Fransanın paytaxtı Parisdə silahlı hücum baş verib.

Hokm.az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, hadisə yerindən iki nəfər uzaqlaşıb. Onların bıçaqla silahlandığı deyilir. Hazırda polis hücum edən şəxsləri axtarır.

Hücum “Charlie Hebdo” satirik jurnalının keçmiş redaksiyası yaxınlığında baş verib.

Xatırladaq ki, 2015-ci ilin yanvarında jurnalın redaksiyasına hücum nəticəsində 12 nəfər həlak olmuşdu.

  •  (0)
  •  (1)