Fransada avtomobillərin yuyulmasına qadağa qoyuldubackend

Fransada avtomobillərin yuyulmasına qadağa qoyuldu

Fransada may ayında qeydə alınan rekord istilərin yaratdığı quraqlıq səbəbilə 24 departamentdə şirin sudan istifadə ilə bağlı xüsusi müddəa qəbul edilib.

Bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Qəzetin Ekoloji Keçid Nazirliyinə istinadən verdiyi məlumata görə, quraqlıqdan zərər çəkmiş departamentlərində məhdudlaşdırıcı tədbirlər, xüsusən də hovuzların su ilə doldurulmasına, avtomobillərin yuyulmasına, bəzi hallarda isə bağların suvarılmasına qadağa qoyulub.

Nəşr əsasən ölkənin qərbində və cənubunda yerləşən, istilərdən zərər çəkən ərazilərin siyahısını dərc edib. Artıq aprelin ortalarında səkkiz departament məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Fransanın yeni baş naziri Elizabet Born Luara departamentinə işgüzar səfəri zamanı cari ildə quraqlığın çox erkən başladığını deyib. O xatırladıb ki, hökumət mal-qaranın yemi ilə bağlı problem yaşayacaq fermerlərə kömək üçün 400 milyon avro ayıracaq.Report

  •  (0)
  •  (0)