Fransada 3000 tülkü öldürüləcəkbackend

Fransada 3000 tülkü öldürüləcək

Fransanın şimalında yerləşən Oise prefekturası şəhərdəki tülkülərin öldürülməsinə dair qərar qəbul edib.

Hokm.az xəbər verir ki, bu haqda məlumatı “Le Parisien” yayıb.

Məlumata əsasən, belə bir qərarın verilməsinə səbəb bölgədə tülkülərin çoxalmasıdır və məqsəd onların sayını nizamlamaqdır.

Bildirilir ki, sözügedən bu məqsəd üçün 15 ovçu təyin olunub və həmin şəxslər 2022-ci il martın 31-nə kimi hər biri 200 tülkü öldürə bilər.

Bu qərar ölkənin bir neçə ekoloji sahədə fəaliyyət göstərən təşkilatlarının sərt tənqidinə səbəb olub.qafqazinfo.az

  •  (0)
  •  (0)