Fransa KİV-i: Azərbaycan NATO silahlarından istifadə edibbackend

Fransa KİV-i: Azərbaycan NATO silahlarından istifadə edib

Şimali Atlantika İttifaqı Azərbaycan-Qarabağ münaqişəsinə qarşı ciddi maraq göstərib.
Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın “AgoraVox” nəşri yazıb.

Nəşr qeyd edib ki, Bakı tərəfindən Çexiyadan artilleriya silahlarının alınması NATO-nun üzv ölkəsi üçün münaqişə zonasına hücum silahının böyük partiyasını tədarük etməyin ilk presedentinə çevrildi.

“Qeyd etmək lazımdır ki, ittifaqa üzv dövlətlər arasında münaqişə tərəflərindən heç birinə silah verilməməsi ilə bağlı daxili qayda mövcuddur, lakin bu təklif artıq keçmişdədir.

Bu bölgədə silah almaq və tədarük etmək hekayəsi layiqincə sirlər və ağ nöqtələr ilə dolu bir dedektiv serialının süjetinə çevrilib.

2018-ci ildə Azərbaycan ordusunun reklamlarından birində Çexiya istehsalı olan hərbi texnikalar meydana çıxdı. Bu texnikalar haubitsalar və Yaylım Atəşli Reaktiv Sistemlər (YARS) olaraq görüntüləndi”, – deyə nəşr qeyd edib.

  •  (1)
  •  (1)