“Formula 1” yarışı ləğv edildi – Türkiyədəbackend

“Formula 1” yarışı ləğv edildi – Türkiyədə

“Formula 1” üzrə Türkiyə Qran-prisi ləğv edilib.

Hokm.az  xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Qran-pri koronavirusa görə səyahət məhdudiyyətləri səbəbindən baş tutmayacaq.

Əvəzində 18 – 20 iyunda Fransada, 25 – 27 iyun və 2 – 4 iyulda Avstriyada yarışların keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçiriləcək. Türkiyədəki turnir 11 – 13 iyunda planlaşdırılıb.Pravda.az

  •  (0)
  •  (0)