Fitrə zəkatı nə qədər verilməlidir? – VİDEObackend

Fitrə zəkatı nə qədər verilməlidir? – VİDEO

Bir neçə gündən sonra Ramazan ayı başa çatır.

Duaların qəbul olunduğu, günahların bağışlandığı, ehtiyac sahiblərinin üzlərinin güldüyü Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

Hokm.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədliyə görə, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.

  •  (0)
  •  (0)