Finlandiya NATO-ya rəsmi müraciət edir – “Avropanın xəritəsi dəyişəcək…”backend

Finlandiya NATO-ya rəsmi müraciət edir – “Avropanın xəritəsi dəyişəcək…”

Finlandiya rəsmi şəkildə NATO-ya müraciət edəcək. 

Hokm.az xəbər verir ki, üzvlük qərarı bu ölkənin onilliklər boyu davam edən hərbi neytrallıq siyasətindən əl çəkməsi deməkdir. Üzvlük üçün Türkiyə də daxil olmaqla, bütün NATO üzvlərinin razılığı tələb olunur. Əgər bu təsdiq verilsə və Finlandiyanın üzvlüyünə yaşıl işıq yandırılsa, Avropanın təhlükəsizlik xəritəsi də köklü şəkildə dəyişəcək.

Finlandiyanın üzvlük üçün müraciət edəcəyi barədə açıqlama Prezident Sauli Niinisto və baş nazir Sanna Marin tərəfindən verilib. Bunun “tarixi gün” olduğunu deyən Niinisto, “Artıq Rusiya ilə öz imkanlarımızda dinc gələcəyə arxalana bilmərik. Ona görə də biz NATO-ya müraciət edirik”, – deyə bildirib.

Qeyd edək ki, rəsmi müraciətin çərşənbə günü olacağı bildirilib.sfera.az

  •  (1)
  •  (0)