“FINCA” BPC üzvlərinə kredit ayıracaq – Birgə tədbir keçirildi (FOTOLAR)backend

“FINCA” BPC üzvlərinə kredit ayıracaq – Birgə tədbir keçirildi (FOTOLAR)

Azərbaycan Bisnes Partnyorları Klubu (BPC) “FINCA Azerbaijan” BOKT ilə Anlaşma Müqaviləsi İmzalayıb. “Günaydın” restoranında baş tutan tədbiri giriş sözü ilə açan BPC sədri Gülpəri Bayramova rəhbəri olduğu qurumun fəaliyyəti barədə qonaqları məlumatlandırıb.

O qeyd edib ki, 100-dən artıq şirkət kollektiv şəkildə BPC-də təmsil olunur ki, onların yarıdan çoxu xanımlardır: “Yerli istehsalın stimullaşdırılması, Made in Azerbaijan brendinin təşviqi, biznes subyektləri ilə dövlət qurumlarının, beynəlxalq ticari tərəfdaşların, vətəndaş cəmiyyəti insitutlarının kordinasiyalı fəaliyyətinin təşkili məqsədilə səfərbər olunan BPC bu günə qədər onlarla layihə icra edib. Bir çox dövlətlərlə tərəfdaşlıq müqaviləsi imzalamışıq ki, üzv şirkətlər bundan bəhrələnə biliblər” – deyə, Bayramova vurğulayıb.
“FINCA Azerbaijan” BOKT ilə əməkdaşlıqdan məmnun olduqlarını söyləyən G.Bayramova BPC üzvləri üçün güzəştli şərtlərlə kredit ayrılmasını mühüm hadisə adlandırıb: “Bizim əsas məqsədimiz ölkədə biznes mühiti üçün əlverişli şəraitin yaradılmasına töhfə vermək, bu istiqamətdə səylərimizi artırmaq, biznes subyektləri arasında faydalı və qarşılıqlı əlaqələrə nail olmaqdır. “FINCA Azerbaijan” BOKT ilə əməkdaşlıq müqaviləsi də bu sırada qeyd oluna bilər”.

“FINCA Azerbaijan” BOKT-nin nümayəndəsi Firdovsi Talıblı, təşkilatın fəaliyyəti haqqında danışıb. O bildirib ki, “FINCA” az təminatlı insanların maddi rifahını artırmağı qarşısına məqsəd qoyan ölkənin aparıcı mikromaliyyə təşkilatıdır. “Müştərilərimizin ehtiyac və istəklərini güclü müştəri əlaqələri və araşdırma proqramları vasitəsilə öyrənirik. Brendimizin səmimi, etibarlı və məsuliyyətli bankçılıq xüsusiyyətləri hər bir müştəri ilə qarşılıqlı əlaqələrdə özünü göstərir. Müştərilərin arzu və istəklərini, təkliflərini nəzərə alaraq sorğular təşkil edir və fəaliyyətimizi buna uyğunlaşdırırıq. Eyni zamanda, müştərilərimizin maddi rifahının dayanıqlı olması üçün onlara təmənnasız Maliyyə Savadlılığı və digər təlimlər keçiririk,” – deyə Talıblı qeyd edib.

F.Talıblı, “FINCA”nın 14 ölkədə fəaliyyət göstərdiyini və Azərbaycanda isə 25 filialının olduğunu bildirib. Bu filiallardan 3-ü Bakı və Sumqayıtda, qalan 23-ü isə regionlardadır. Təşkilat rəsmisi, xanım sahibkarlara dəstək məqsədilə “FINCA Azerbaijan”ın “İpək biznes krediti”ni təklif etdiyini vurğulayıb: “Kreditin məbləği 5000 manata qədərdir və çox güzəştli şərtlərlə təqdim edilir. Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) üzvü olan xanımlara da xüsusi güzəştlər nəzərdə tutulub və biz BPC ilə əməkdaşlıqdan məmnunuq,” – deyə o bildirib.

Sonda “FINCA Azerbaijan” və BPC rəhbərliyi iş adamlarının suallarını cavablandırıb və gələcək fəaliyyət istiqamətləri ilə bağlı mühüm müzakirələr aparıblar.

  •  (0)
  •  (0)