FİFA-dan GÖZLƏNİLMƏZ QƏRAR: Bu ölkə DÇ-2022-dən kənarlaşdırıldıbackend

FİFA-dan GÖZLƏNİLMƏZ QƏRAR: Bu ölkə DÇ-2022-dən kənarlaşdırıldı

FİFA Ekvador millisinin dünya çempionatından uzaqlaşdırılması barədə qərarını rəsmən açıqlamağa hazırlaşır. 

Hokm.az xəbər verir ki, bu barədə Röyters FİFA-dakı mənbəyə istinadən məlumat yayıb. Araşdırmalar nəticəsində məlum olub ki, Ekvador millisinin müdafiəçisi Bayron Kastilyo kolumbiyalıdır. Çili yığmasının vəkili Eduardo Karlezoda bununla bağlı sübutları FİFA-ya təqdim edib. Sənəddə Kastilyonun 1998-ci ildə Kolumbiyanın Tumako şəhərində anadan olduğu qeyd olunub. FİFA yekun qərarını verməzdən əvvəl həm Ekvador, həm də Çili millisinin rəsmilərini ifadə verməyə çağırıb.

FİFA yekun qərarını verərsə, Qətərdə təşkil ediləcək DÇ-2022-yə Ekvador millisinin əvəzinə qrupda ondan sonrakı yeri tutan Çili yığması gedəcək.metbuat.az

  •  (0)
  •  (0)